Haqqımızda

Təcrübəli və səriştəli heyətimizlə yaşayış və ticarət binalarının, otellərin, kənd təsərrüfatı obyektlərinin və sənaye binalarının layihələndirilməsi və tikintisini həyata keçiririk. Bundan əlavə, biz Azərbaycanın müxtəlif regionlarında və beynəlxalq miqyasda müxtəlif biznes növləri üçün yüksək keyfiyyətli təmir, texniki xidmətləri təklif edirik.

Kiçik layihələrdən iri layihələrə qədər bizim məqsədimiz tələblərə və standartlara cavab vermək, funksionallığı və müstəsna dizaynı təmin etməkdir. Biz müştərilərimizin ehtiyaclarını başa düşməyə və ən sərfəli həlləri həyata keçirməyə çalışırıq. PMD Projects-də biz təsdiq edilmiş standartlara uyğunluğu təmin etmək üçün subpodratçılar və təchizatçılarla sıx əməkdaşlıq edərək keyfiyyətli binaların və infrastruktur layihələrinin icrasını həyata keçiririk.

Biz tikinti prosesinin bütün mərhələlərinin kritik əhəmiyyətini dərk edirik. Bizim öhdəliyimiz ətraf mühitə mənfi təsirləri minimuma endirmək və davamlı inkişafı təşviq etmək məqsədilə tikinti təcrübələrimizə davamlılığın inteqrasiyasını əhatə edir.

Baxışımız

PMD Projects-də biz mükəmməllik, innovasiyadavamlılığı üstün tutan şirkət olaraq mövqeyimizi möhkəmləndiririk. Biz çoxfunksiyalı layihə idarəçiliyi vasitəsilə qabaqcıl texnologiyadan istifadə etməklə və davamlı təkmilləşmə mədəniyyətini inkişaf etdirməklə gəlirli müəssisələr yaradırıq. Müstəsna keyfiyyət təqdim etməyə xidmət edən komandamızla biz tikinti standartlarını yenidən müəyyənləşdirməyi və dünya miqyasında icmalara müsbət təsir etməyi hədəfləyirik. Mükəmməlliyə olan sabit öhdəliyimiz bizi irəliləyişlərə təkan verən və davamlı gələcəyin yaradılmasına töhfə verən tikinti tərəfdaşı kimi müəyyən edir.

Missiyamız

PMD Projects-də missiyamız dəqiqlik, innovasiya və dürüstlük vasitəsilə mükəmməl nəticələr əldə etməkdir. Biz müştərilərimizin gözləntilərinə cavab verən yüksək keyfiyyətli tikinti layihələrini təqdim edirik. Təhlükəsizliyə, davamlılığa üstünlük verməklə və əməkdaşlıq darirəsini genişləndirməklə biz inkişafa töhfə veririk. Mükəmməlliyə sadiqliyimiz bizi davamlı olaraq təkmilləşməyə, sənaye irəliləyişlərinə uyğunlaşmağa və inşaatda ən yüksək standartları dəstəkləməyə sövq edir. PMD Projects-də biz yalnız binalar tikmirik, həyata keçirdiyimiz hər bir layihədə inam, etibarlılıq və mükəmməllik mirası qururuq.

Dəyərlərimiz

PMD Projects-də dürüstlük əsas dəyərlərimizdəndir. Biz əməkdaşlıqda şəffaf olmağa, etimadı və açıq ünsiyyəti gücləndirməyə sadiq qalırıq. Təhlükəsizlik bizim ən yüksək prioritetimizdir. Biz heç vaxt keyfiyyətdən güzəştə getmirik, layihələrin ən yüksək standartlara cavab verməsini təmin edirik. Əməkdaşlıq vasitəsilə biz yüksək nəticələrin sirri olan komanda ruhunu möhkəmləndiririk. Bu dəyərləri fəaliyyətlərimizə inteqrasiya etməklə biz ətraf mühitə və cəmiyyətə fayda verən davamlılığı təşviq edirik, ətraf mühitin qorunmasını təmin etməyə çalışırıq.

Sertifikat və Mükafatlarımız

GPM 360 Project Serifikasıyası
Hilton Garden Inn layihəsi üçün
Hilton Garden Inn layihəsi GPM360 standartlarına uyğun olaraq qiymətləndirilmiş və tamamlanma mərhələsində Green Project Management standlarına uyğun olaraq təsdiq edilmişdir.
İnnovasiya və Mükəmməllik Mükafatları 2020
Beynəlxalq Ticarət və Müqavilə İdarəetmə Assosiasiyası
PMD Projects Beynəlxalq Ticarət və Müqavilə İdarəetmə Assosiasiyasından kommersiya və müqavilələrin idarə edilməsi təcrübələrində göstərdiyi mükəmməlliyinə görə mükafat qazanıb.
Yaşıl Biznes Mükafatı 2023
Xəzər Su İnnovasiyaları Forumu 2023
“Ağdam Yaşayış Kompleksi” və “AFEZ” Layihələrində PMD Projects ekoloji dayanıqlığa və səmərəli su istehlakı təcrübələrinə verdiyi mühüm töhfələrə görə qiymətləndirilib və məsuliyyətli inkişafa sadiqliyini nümayiş etdirib.
ISO 50001:2022 Sertifikatı
Azərbaycan Standartlaşdırma İnstitutu
PMD Projects bütün əməliyyatlar və layihələr üzrə enerji performansını gücləndirmək, enerji istehlakını azaltmaq və enerji səmərəliliyini artırmaq öhdəliyini nümayiş etdirərək ISO 50001:2022 sertifikatını əldə edib.
ISO 9001:2015 Sertifikatı
Bureau Veritas Sertifikasiyası
PMD Projects yüksək keyfiyyət idarəetmə standartlarına, ardıcıl məhsul və xidmət keyfiyyətinin təmin edilməsinə və təşkilati proseslərin davamlı olaraq təkmilləşdirilməsinə sadiqliyini əks etdirən ISO 9001:2015 sertifikatına layiq görülüb.
ISO 14001:2015 Sertifikatı
Bureau Veritas Sertifikasiyası
PMD Projects ətraf mühitin effektiv idarə olunması, ətraf mühitə təsirin minimuma endirilməsi və daha yaşıl gələcək üçün bütün əməliyyatları və layihələri üzrə davamlı təcrübələri fəal şəkildə təşviq etmək öhdəliyini nümayiş etdirərək ISO 14001:2015 sertifikatı qazandı.
ISO 45001:2018 Sertifikatı
Bureau Veritas Sertifikasiyası
PMD Projects təhlükəsiz və sağlam iş mühiti təmin etmək, əməyin mühafizəsi və təhlükəsizlik risklərini effektiv idarə etmək və təhlükəsizlik təcrübələrini davamlı olaraq təkmilləşdirmək öhdəliyini nümayiş etdirərək ISO 45001:2018 sertifikatına nail olub.